20 min avroluq futbol
Bizi izləyin

Tabloid.az

20 min avroluq futbol

Məşhur kanadalı müğənni Castin Biber İtaliyada lüks muzey turunda ortalığı qarışdırıb. Müğənni bu dəfə Vatikanda futbol oynaması ilə gündəmə gəlib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, pop ulduza 20 min avro qarşılığında İtaliyada özəl muzey turu təşkil edilib. 20 yaşlı müğənnini turda atası və cangüdənləri də müşaiyət edib. Lakin Biber muzeyi ziyarət edərkən etdiyi hərəkətlər həm muzey əməkdaşlarını, həm də onunla gələn şəxsləri şoka salıb. Ətrafındakıları tez-tez narahat edən və özünü apara bilməyən pop ulduz koridorlarda futbol oynayıb.

Castin Biber muzeydə çəkilən şəkillərini İnstagram səhifəsində paylaşdıqdan sonra isə əsl qiyamət qopub. Dindarlar tərəfindən qəzəblə qarşılanan müğənniyə bildirilib ki, “evinə get, bir də gözümüzə görünmə”. Biber isə etdiyi hərəkətlərə görə heç kimdən üzr istəməyib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm