Anar mükafata layiq görüldü
Bizi izləyin

Tabloid.az

Anar mükafata layiq görüldü

MDB Parlamentlərarası Assambleyasının (PA) Mədəniyyət, İnformasiya, Turizm və İdman Komissiyasının Bakıda keçirilən səyyar iclasında Azərbaycan Yazıçılar Biarliyinin sədri Çingiz Aytmatov adına mükafata layiq görülüb.

Publika.az xəbər verir ki, Qırğızıstan nümayəndə heyətinin irəli sürdüyü təşəbbüs komissiyanın bütün üzvləri tərəfindən dəstəklənib. İclas başa çatandan sonra komissiya üzvləri Azərbaycan Yazıçılar Birliyində laureat ilə görüşüblər. Anar qonaqlara Azərbaycanda mədəniyyət sahəsində vəziyyət, böyük qırğız yazıçısı Çingiz Aytmatov ilə dostluq əlaqələrindən danışıb.

Qeyd edək ki, mükafat mükafat yazıçıya bu ilin noyabrında MDB PA-nın üzvü olan ölkələrin Parlament Başçıları Şurasında təqdim ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm