Azərbaycan kinosu Beynəlxalq festivalda nümayiş etdirilib
Bizi izləyin

Tabloid.az

Azərbaycan kinosu Beynəlxalq festivalda nümayiş etdirilib

Azərbaycanlı rejissor Ayaz Salayevin „Yarasa“ bədii filmi Vyanada keçirilən “LET'S CEE” Beynəlxalq film festivalında nümayiş etdirilib.

Publika.az xəbər verir ki, Vyananın mərkəzində yerləşən “Urania“ kinoteatrında nümayiş olunan film tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Rejissor Ayaz Salayev filmin ərsəyə gəlməsi, ideyası, süjet xətti və məzmunu ilə bağlı sualları cavablandırıb.

Qeyd edək ki, “Yarasa” filmi 1995-ci ildə istehsal olunub. Filmin ssenari müəllifləri Kamal Aslanov və Ayaz Salayev, rəssamı Şamil Nəcəfzadə, bəstəkarı Nazim Mirişlidir. Rollarda Mariya Lipkina, Rasim Balayev, Tolib Xamidov və başqaları çəkiliblər.

Festival çərçivəsində, həmçinin rejissor Mikayıl Mikayılovun 1930-cu ildə ekranlaşdırdığı “Lətif“ bədii filmi bəstəkar və cazmen Salman Qəmbərovun rəhbərlik etdiyi caz triosunun müşayiəti ilə təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm