Tabloid.az
Moskva Bədii Teatrının kollektivi Bakıya gələcək

Dekabrın 20-də Oleq Tabakovun rəhbərliyi altında
A.P.Çexov adına Moskva Bədii Teatrının kollekivi ilk dəfə Bakıda -
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində
çıxış edəcək.
Azərbaycan Dövlət Rus Dram Teatrının mətbuat xidmətindən Teleqraf.com-a verlən məlumata görə, Moskva Bədii Teatrının kollektivi A.P.Çexovun hekayəsi əsasında “Evlənmək istəyənlər üçün təlimat” tamaşasının premyerasını təqdim edəcək. İdeyası görkəmli rus aktyoru Vyaçeslav Nevinnıya məxsus olan bu tamaşa onun oğlu Vyaçeslav Nevinnı tərəfindən sözügedən teatr məktəbinin ənənəsi əsasında səhnələşdirilib.
A.P.Çexov hələ dünya dramaturgiyasının zirvəsində deyil,
qayğısız və coşqun bir gənc olarkən onun yazdığı məşhur “Təklif”,
“Diplomat” və “Ayı” hekayələrini, həmçinin səhnəyə qoyulmamış “Uzun
dil” və “Portmanat” əsərlərini ümumi ideya və zaman birləşdirib.
Bununla yanaşı, onun hər bir əsəri daxili gərginliyi, daimi insani
ehtirasları ilə dramaturgiyanın incilərindəndir.
“Evlənmək istəyənlər üçün təlimat” tamaşasında rolları Rusiyanın
Xalq Artisti Aleksandr Paşutin, əməkdar artistlər Vyaçeslav Nevinnı
(kiçik), Aleksandr Semçev, həmçinin teatr və kino aktrisası Mirel
ifa edəcəklər.
Qastrol Azərbaycan Dövlət Rus Dram Teatrının yaradılması gününə
həsr olunacaq.

-
MDB22:24
Putin onu vəzifələrindən azad etdi
-
Hadisə20:50
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salındı - Nə baş verib?
-
İdman20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Yeniləndi
-
İKT17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı
-
Nida Xəbər 16:08
Əliyevlə Paşinyanın Əbu-Dabi görüşü: Sülh sazişi imzalanacaq?