Soçi Olimpiadasının ehtiraslı rus gözəlləri - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Soçi Olimpiadasının ehtiraslı rus gözəlləri - FOTOLAR

Soçi Olimpiyadasındabir çox məşhur rus idmançıları iştirak edir. Məşhur rus modeli və planetin ən güclü futbolçusu Kriştianu Ronaldonun rəfiqəsi İrinə Şeyk sosial şəbəkədə Soçi Olimpiadasını dəstəkləyənlərdən biridi.

Soçi Olimpiyadasındabir çox məşhur rus idmançıları iştirak edir. Məşhur rus modeli və planetin ən güclü futbolçusu Kriştianu Ronaldonun rəfiqəsi İrinə Şeyk sosial şəbəkədə Soçi Olimpiadasını dəstəkləyənlərdən biridi.

İrina Şeyk

28 yaşlı model Çelyabinsk yaxınlığında Emanjelinsk şəhərində dünyaya gəlib. İrina kompyuter oyunu Need For Speed: The Run-ın ərsəyə gəlməsində də iştirak edib və orada Mila Belova rolunu oynayıb. Madridin “Real”klubunun ulduzu Kriştiano Ronaldonun sevgisini qazandıqdan sonra bir çox ölkələrin futbol azarkeşləri tərəfindən model kimi sevilməyə başlandı. Bununla yanaşı, 22-ci Qış Olimpiya oyunlarını unutmayaraq dəstək naminə Soçiyə gəlib. Facebook səhifəsində Olimpiadanın simvolu hesab edilən əlcəklərin sinəsini örtən, başında isə Rusiya yazılı papağın şəkilini paylaşıb. Bir çoxları zarafatyana sevgilisinin “Real” - “Atletiko” oyunundan qovulmasının əbəs yerə olmadığını qeyd edib. Gümanki, Ronaldo qərar verib ki, öz rəfiqəsini Soçidə tək buraxmasın və onunla birgə Olimpiya oyunlarında iştirak etsin.

Mariya Şarapova

Rusiya tarixinin ən titullu tennisçis Mariya Şarapova Olimpiadaya dincəlmək üçün getmir. Mariya amerikan televiziyasının teleşərhçisi ilə çalışacaq. O, Soçidə 5 ildən çox yaşayıb və şəhərin əsas görməli yerləri haqqında xəbəri var. Lakin özü dəfələrlə qeyd edib ki, şəhər tanınmaz şəkildə dəyişib. Beləliklə, Şarapovanın əsl işi xarici seyricilərə şəhəri təqdim etmək olacaq.

Yelena İsinbayeva

Yelena İsinbayevanın titul və nailiyyətlərini sadalasaq bunun üçün bir məqalə də yetməz. Qeyd etmək kifayətdir ki, uzunluq tullanma üzrə 2 qat olimpiya çempionu və 28 qat dünya rekordçusudur. Buna görə, Olimpiya kəndinin meri vəzifəsi onun öhdəliyinə verilib. Bu yaxınlarda İsinbayeva etiraf etmişdir ki, mer vəzifəsi verildikdən sonra o Rio-2016 da iştirak etmək üçün həvəslənib. Halbuki, yayda idmançı bildirib ki, onun üçün hal-hazırda ən önəmlisi uşağının dünyaya gəlməsidir.

Natalya Vodyanova

Dünyanın məşhur modellərindən biri hesab edilən Natalya Vodyanova Soçi Olimpiya oyunlarının səfiridir. Onun məqsədi bu oyunların nə müsbət dəyişikliklər gətirəcəyini dünyaya bəyan etməkdir. Vodyanova səfir roluna təsadüfən seçilməyib. Gənc qız xeyriyyəçilik fəaliyyəti ilə aktiv məşğul olur. 2004-cü ildə Rusiya ərazisində və xaricdə uşaq meydançalarının tikintisi üçün “Çılpaq ürəklər” fondunun əsasını qoyub. Həmçinin, Vodyanova yeganə rus iştirakçıdır ki, London Olimpiyasında paraolimpiya alovu estafetində iştirak edib. Son zamanlar rus gözəlçəsi öz fəaliyyətini uşaqlara köməyə yönləndirib.

Tatyana Navka

Tatyana Navka Rusiya tarixinin ən məşhur və gözəl fiquristlərindən biri hesab edilir. Roman Kostomarovla birgə Turin Olimpiyadasında keçirilən buz üzərində rəqslərdə 2006-cı ilin çempionu olub. 2011-ci ilin oktyabrında Navka Soçi Olimpiyadasının səfiri təyin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm