Tabloid.az
Vyanalı ulduzlar ilk dəfə Bakıda konsert verəcək
Noyabrın 26-da məşhur Vyana Ştraus Festival Orkestri Bakıda ilk dəfə Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək.
Heydər Əliyev Mərkəzindən Publika.az-a verilən
məlumata görə, konsertin proqramında dünyaşöhrətli avstriyalı
bəstəkar, “valsın kralı” İohan Ştrausun (Johann Strauss), eləcə də
digər Vyana klassiklərinin ölməz əsərləri səslənəcək.
Qeyd edək ki, Vyana Ştraus Festival Orkestri 1978-ci ildən
fəaliyyət göstərir və Vyana şəhərinin musiqi mədəniyyətinin
qoruyucusu rolunda çıxış edir.
Orkestr müxtəlif festivalların, həmçinin Avropada hər il
keçirilən Ştraus Festivalının daimi iştirakçısıdır. Hər il yanvarın
1-də məşhur Vyana bal festivalı bu orkestrin iştirakı ilə
açılır.
Orkestr 35 illik fəaliyyətində Yaponiya, Çin, Koreya Respublikası,
Rusiya, Türkiyə, Rumıniya və digər ölkələrdə çıxış edərək böyük
tamaşaçı auditoriyasının qəlbini fəth edib.
Orkestrin yaradıcısı və bədii rəhbəri məşhur dirijor, virtuoz skripkaçı Peter Qutdur. O, İohan Ştraus ənənəsinin davamçısı olaraq skripka ifası və dirijorluğu ilə dinləyiciləri valeh edir.
Cəvahir
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı