Kıvanç Tatlıtuğ: "Sayənizdə hər xəstəliyə tutulmuşam"
Bizi izləyin

Tabloid.az

Kıvanç Tatlıtuğ: "Sayənizdə hər xəstəliyə tutulmuşam"

Türkiyəli aktyor, model Kıvanç Tatlıtuğ səhhətinin pozulması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Sənətçi iddiaların həqiqətəuyğun olmadığını bildirib:

"Belə xəbərlər məni və ailəmi məyus edir. Bir nəfərin özündən uydurduğu məlumatı bütün media qurumları dəqiqləşdirmədən yayımlayır. Hətta orada qeyd olunan xəstəliklə bağlı həkimin fikirlərini də öyrənib yazırlar. Sizin sayənizdə hər cür xəstəliyə tutulmuşam. Hətta sosial şəbəkələrdə bir neçə dəfə "öldüyüm" də olub. Təəssüf! Artıq bu işlərə son verməyinizi xahiş edirəm. Bu mesajımı mənimlə bağlı yanlış xəbərlər yazan bütün saytlar və qəzetlər yayımlasın".

Qeyd edək ki, K. Tatlıtuğun çox miqdarda ət və proteindən istifadə etdiyi, bu səbəbdən qaraciyərində problem yarandığı bildirilirdi./Axşam.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm