Xalq artisti əməliyyat olundu
Bizi izləyin

Tabloid.az

Xalq artisti əməliyyat olundu

Xalq artisti Ramiz Məlikov Mərkəzi Neftçilər Xəstəxanasında böyrəyindən əməliyyat olunub.

Xalq artisti Ramiz Məlikov Mərkəzi Neftçilər Xəstəxanasında böyrəyindən əməliyyat olunub.

Publika.az-a bu barədə aktyorun həyat yoldaşı Tamilla xanım məlumat verib.

Onun sözlərinə görə, aktyorun əməliyyatı 2 saatdan artıq çəkib, o hələ də narkozdan ayılmayıb: “Vəziyyəti ağır sayılır. İnşallah gözlərini açsın, görək necə olur. Sağ olsun Rəşad həkimi, ona böyük qayğı və diqqət ayırdı. Çox istedadlı həkimdir.

Onun dediyinə görə, bu ağır əməliyyat sayılırdı. Çünki kista artıq qaraciyər üçün problem yaratmışdı. Həmin kista çıxarılıb atıldı. Ramizin ürəyində də problem vardı, çünki keçən il dörd damarı çıxarılmışdı. Bu da əməliyyatı bir qədər çətinləşdirdi ”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm