Nura Suriyə 100 min manatlıq “Brilliantlar”ı kim verdi? - FOTO
Bizi izləyin

Tabloid.az

Nura Suriyə 100 min manatlıq “Brilliantlar”ı kim verdi? - FOTO

Müğənni əlinə silah almalı oldu

Uzun zamandır yaradıcılığında durğunluq yaşayan məşhur müğənni Nura Suri axır ki, sükütu pozdu.

İfaçı bəstəkar Murad Arifdən yeni aldığı “Brilliantlar” mahnısına Gürcüstanın paytaxtı Tbilisidə klip çəkdirib.

Bu barədə Publika.az-a müğənni özü danışdı. Gürcüstanın məşhur rejissorlarından olan Zaza Uraşvili üç günə yaxın 17 dərəcə şaxtada çöl çəkilişləri edib.

Klipin qeyri-adi süjet xətti var. Burada az qala hər birimizin izlədiyi bir çox məşhur Hollivud filmləri yer alıb.

Dəqiq desək, Nura Suri həmin filmlərin bəzi kadrlarını təkrarlayıb.

Nura büdcə açıqlamasa da klipin bahalı olduğunu dilə gətirib: “Bu süjet xəttinə Moskvada klip çəksəydik, 100 minə yaxın pulumuz çıxardı. Yeri gəlmişkən, klipi gürcü rejissoru çəksə də süjet dostlarım və hərəsi öz sahəsində peşəkar olan Sama Rəsulova və Zahid Baydarova məxsusdur.

Onu da qeyd edim ki, biz eyni süjet xəttinə Azərbaycanda klip çəkmək istəyirdik. Hətta bir yerli rejissorumuzla da görüşüb danışdıq. Ancaq rejissor istəyimizi eşidəndə alınmayacağını dedi. Bizdə yollandıq Gürcüstana”.

Klipdə peşəkar rəqqaslarla yanaşı olduqca bacarıqlı aktyor da iştirak edib: “Aktyorun adı Zura idi. Nura və Zura (gülür). Zura Azərbaycanı çox sevir. O, hətta Qarabağ filmində də çəkilib. Zura klipin təqdimatına da gələcək. Klipdə əsl silah növlərindən istifadə etdik. Heç inanmazdım ki, silahdan bu cür rahat istifadə edə bilərəm. Tamaşaçılar məni 6 fərqli obrazda görəcəklər”.

Nura Suri Gürcüstanda onunla çalışan komandadan razı olduğu qədər onunla yola düşən öz komandasından da ağızdolusu danışdı: “Mən ilk dəfə idi işinə bu cür məsuliyyətlə yanaşan rejissorla çalışırdım. O cür soyuq hava şəraitində imkanı olduğu halda belə heç bir məqamı loru dildə desək, yola vermədi.

Hətta mən belə bəzi hallarda yorulub dayanırdım. Ancaq rejissor bütün detallara olduqca həssas və diqqətlə yanaşırdı. Onun komandası peşəkar olduğu qədər mənim də komandam bu işin öhdəsindən layiqincə gəldi. Birgə yola düşdüym adamlar sırasında Nigar İbrahimova, Sama Rəsulova və Zahid Baydarov idi.

İnsanı ən yaxşı tanımaq üsulu onla birgə yola çıxmaqdır. Obrazlarımdan birində həmkarım Sevda Yahyayevanın da əməyi keçib. Sağ olsun, çəkiliş üçün mənə öz parikini verdi (gülür).

Adını çəkdiyim hər kəsə sonsuz təşəkkür edirəm. Əsas odur ki, mən klipin təəssüratlarından yaxşı mənada şokdayam və xərclədiyim pula dəyərdi”.

İfaçı həmçinin digər yaradıcılıq işlərindən də söz açdı. O, qeyd etdi ki, eyni rejissora ikinci klip çəkdirməyi də planlaşdırır: “Mart ayında yenidən yollanıram Gürcüstana. Zaza Uraşvili növbəti klipimi lentə alacaq. Bu dəfə Cəbrayil Rəsulovla birgə ifa etdiyim “Xoşbəxtəm” duetinə ekran həyatı veriləcək”.

Müğənni xanım çoxdan gözlənilən albomu haqda da danışdı: “Nədənsə ağlıma gəlib ki, albomda 9 mahnı yer almalıdır. Onun ikisi İsa Məlikovun, İkisi də Murad Arifin olacaq. Yeri gəlmişkən, hər iki bəstəkardan aldığım mahnılar üzərində artıq işləyirəm. Cəbrayıl Rəsulovla da yeni duetim olacaq. Mən bütün işlərimə çox ciddi yanaşıram. Uzun zaman sakit qalmağımın səbəbi də budur. Gec olsun güc olsun”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm