Emma əsəbiləşdi: “Özünüzü alçaltmayın”
Bizi izləyin

Tabloid.az

Emma əsəbiləşdi: “Özünüzü alçaltmayın”

Emma Ələkbərzadə qəzəblənib.

Publika.az-ın məlumatına görə, müğənni xanımı qəzəbləndirən toylarla bağlı sosial şəbəkədə başlanan aksiyadır. Müğənni qəzəbini belə ifadə edib: “Bu nə mənasız aksiyadır Azərbaycanda başlayıb? “Toylara yox deyək”... Hansısa məntiqsiz məqaləyə görə aləm bir-birinə dəyib.

“Norveçdə, başqa yerlərdə toy olmur” ifadəsi məni güldürdü. Oyanın, ay insanlar. Belə gülünc məqalə yazmaqla özünüzü alçaltmayın. Kimsə kreditə pul götürüb bahalı yerdə toy edir və müflis olur. Borc götürməsin, özünə münasib yerdə toy etsin. Bir şeylə razıyam: bəli, toyda masalar yeməklərdən “partlayır”. Mənə elə gəlir ki, həqiqətən də, menyunu azaltmaq lazımdır. Amma toylara yox demək yanlışdır”.

Qeyd edək ki, bir müddətdir ki, sosial şəbəkədə “Toylara yox” aksiyası başlanıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm