Akademiklərimiz Almaniyaya gedir
Bizi izləyin

Tabloid.az

Akademiklərimiz Almaniyaya gedir

Azərbaycan Milli Elmlər Akademiyası ilə (AMEA) Almaniya elmi ictimaiyyəti arasında əməkdaşlıq imkanları müzakirə ediləcək.

AMEA-dan Publika.az-a verilən məlumata görə, bu məqsədlə Akademiyanın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 28-dən noyabrın 2-nə qədər Berlində Azərbaycan diasporunun elmi nümayəndələri ilə görüşəcək. Ölkəmizin Berlində yerləşən səfirliyinin dəstəyi ilə təşkil edilən səfər çərçivəsində “Azərbaycan – Almaniya: İkitərəfli münasibətlərdə elmin yeri və rolu” mövzusunda dəyirmi masa, həmçinin Berlin Elmlər Akademiyası və Humbolt Universitetinin “Azərbaycan tarixi” fakültəsində bir sıra görüşlər keçiriləcək.

Səfərdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli və Rəyasət Heyətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini Zərifə Əliyeva da iştirak edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm