Nərgiz Paşayevanın qızı studiya açır
Bizi izləyin

Tabloid.az

Nərgiz Paşayevanın qızı studiya açır

Professor Nərgiz Paşayevanın qızı, “YARAT” müasir incəsənət mərkəzinin təsisçisi Aida Mahmudova yeni studiya açır.

Publika.az-ın məlumatına görə, bu haqda “YARAT”ın rəsmi “Facebook” səhifəsində yazılıb:

“YARAT” Rəssamlar Studiyaları yeni tikilmiş 4 mərtəbəli binadan ibarətdir. Burada Aida Mahmudova, Orxan Hüseynov, Fərid Rəsulov, Faiq Ahmed, Ramal Kazımov, Vüsal Rəhim, Fərhad Fərzəliyev, Nəzrin Məmmədova, Reza Hazare, Rəşad Ələkbərov və Niyaz Nəcəfov kimi rəssamlar öz əsərlərini yaradırlar.

Yaradıcı igamətgahda hətta beynəlxalq rəssamların studiyalarda yaşamaları və işləmələri üçün lazımi şərait yaradılıb. İlk qonaqlarımızı 2015-ci ilin əvvəllərində qarşılamağı planlaşdırırıq.

Noyabrın 1-də YARAT Rəssamlar Studiyaları günortadan gecə yarısınadək qonaqlarımızın üzünə açıq olacaq.

Bütün gün ərzində rəsmlərin, heykəllərin, kölgə installyasiyalarının, eksperimental musiqi və video installyasiyalarının detallarını sizinlə məmnuniyyətlə bölüşməyə hazır rəssamlarla tanışlıq şansınız olacaq. Siz incəsənətin mürəkkəb və valehedici ərsəyə gəlmə prosesinin bir parçasına çevriləcəksiniz”.

Rəssamlıq studiyasının açılışı noyabrın 1-də baş tutacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm