Azərbaycan "Womex" Dünya Musiqi EXPO-sunda - FOTO
Bizi izləyin

Tabloid.az

Azərbaycan "Womex" Dünya Musiqi EXPO-sunda - FOTO

Azərbaycan İspaniyanın Qalisiya vilayətinin Santyaqo de Kompostela şəhərində keçirilmiş 20-ci "Womex" Dünya Musiqi EXPO-sunda təmsil olunub.

Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a verilən məlumata görə, Azərbaycan ilk dəfə olaraq dünya musiqi sənayesinin bu böyük musiqi ticarət yarmarkasında iştirak edib.

Sərgidə həmişəki kimi peşəkar dünya musiqi sənətinin son nailiyyətləri nümayiş olunub.1994-cü ildən etibarən burda Azərbaycan adına tanınmış muğam ifaçıları Baba Mahmudoğlu, Zabit Nəbizadə, Qoçaq Əsgərov, Mənsum İbrahimov konsert proqramı ilə çıxış ediblər. Bu il isə,"Womex" EXPO-nun 20-ci ildönümündə, ilk dəfə olaraq Azərbaycanın ənənəvi musiqisinə həsr olunmuş guşə yaradılıb və Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İspaniyaya ezam olunub.

Tədbirdə milli musiqi alətləri sərgilənib və səsləndirilib. Ziyatətçilərə Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan muğam, klassik və caz musiqisinə aid çap-reklam məhsulları, kitablar, CD disklər, Basqal İpək Mərkəzinin hazırladığı kəlağayılar təqdim olunub. Dünyanın 90 ölkəsindən tədbirə qatılan 2500 nəfərə Azərbaycan musiqi mədəniyyəti haqqında geniş məlumat verilib.

Eyni zamanda 23 oktyabr tarixində ölkəmizə həsr olunmuş "Music Reception" gecəsinə dəvət olunanlar Azərbaycan çayı, paxlavası və milli şərablara qonaq edilib, sonra istedadlı pianoçu Elçin Şirinovun rəhbərlik etdiyi etno-caz qrupunun çıxışı baş tutub. Bütövlükdə nümayiş olunan 277 guşə arasında Azərbaycan guşəsi iştirakçılar və Womex təşkilatçıları tərəfindən ən maraqlı və zəngin guşə kimi dəyərləndirilib.

Azərbaycan musiqişiləri isə bir sıra beynəlxalq festival və EXPO- lara dəvət alıblar.

Eyni zamanda Azərbaycan 2015-ci ildə Macarıstanın Budapeşt şəhərində keçiriləcək növbəti "Womex" Dünya Musiqi EXPO 2015 -ə dəvət alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm