Mətanət hədələdi: “Özünüzü yığışdırın”
Bizi izləyin

Tabloid.az

Mətanət hədələdi: “Özünüzü yığışdırın”

ATV-nin aparıcısı Mətanət Əliverdiyeva müğənniləri hədələdi.

Publika.az-ın məlumatına görə, tanınmış aparıcı müəllifi olduğu “Gündəlik” verilişində şou əhlini yerində oturdub: “Özünüzü yığışdırın ha, bax burdan sizə deyirəm. Özünüzü yığışdırın. Mən sizin üçün Afa və Nərgiz (“Onlar” və “ATV maqazin” proqramının aparıcılarını nəzərdə tutur- C) deyiləm”.

Mətanətin qəzəbinə müğənnilərin tanındıqdan sonra televiziya aparıcıları barədə “artıq-əskik” danışması səbəb olub: “Siz müğənniləri xalqa tanıdan bizik. Biz televiziya jurnalistləri olmasaydı, sizi heç kim tanımayacaqdı. Populyarlaşandan sonra bəzi müğənnilər var ki, bizə “xox” gəlirlər. Özünüzü yığışdırın”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm