Nadir Aytəni də çaşdırdı - VİDEO
Bizi izləyin

Tabloid.az

Nadir Aytəni də çaşdırdı - VİDEO

ANS-də yayımlanan “Salam, Azərbaycan!” verilişinin aparıcısı Aytən Səfərova Nadir Qafarzadənin “Fort Boyard” yarışmasındakı çıxışından danışarkən, özü istəmədən, sənətçiyə rəsmi titiul “verib”:

“Nadir Qafarzadə Azərbaycanın əməkdar artistidir, açıq danışan adamdır. Salam deyirəm Nadirə. Tez tez ona da sual verirlər ki, qorxmursan, belə danışırsan? O da deyir ki, qorxmuram, sözümü deyirəm. Kanallardan birində “Fort Boyard yarışı keçirilir. Uşaqlıqdan mən də bu layihəyə baxırdım. Layihə ərzində iştirakçılara müxtəlif tapşırıqlar verilir. Belə baxanda, Nadirə verilən tapşırıq normal idi. Amma orada suya buraxılan canlılara verdiyi reaksiya sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub”.


Qeyd edək ki, Nadir Qafarzadənin qeyri-rəsmi bir neçə titulu olsa da, dövlət tərəfindən “əməkdar artist” fəxri adına layiq görülməyib.



İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm