Rus müğənnisindən Soçi Olimpiadasına etiraz (VİDEO)
Bizi izləyin

Tabloid.az

Rus müğənnisindən Soçi Olimpiadasına etiraz (VİDEO)

Rus müğənnisindən Soçi Olimpiadasına etiraz

Rusiyanın pop müğənnisi Zemfira 1-ci Televiziya kanalına öz etirazını bildirib.


ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, etiraz fevralın 7-də reallaşan 22-ci Qış Olimpiadasında müğənninin səslənən mahnısına görədir.


Zemfira özünün şəxsi saytında yazıb ki, 1-ci Kanal ondan icazəsiz mahnısını Olimpiadanın açılışı zamanı səsləndirib. “Bu, müəllif hüquqlarının pozulması deməkdur. Bu, özbaşınalıqdır.

Açılış əladır. Kostya təbrik edirəm. Ancaq bu, nə biabırçılıqdır? Nə istəyirsiniz edə bilərsiniz?” – deyə müğənni bildirib.


Xatırladaq ki, Olimpiadada səslənən treklər arasında Zemfiranın “İstəyirsən” mahnısından da trek səsləndirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm