Elnurla Samir duet oxuyacaq
Bizi izləyin

Tabloid.az

Elnurla Samir duet oxuyacaq

Elnurla Samir duet oxuyacaq

“Eurovision 2008” musiqi yarışmasının iştirakçısı Elnur Hüseynovun yenilikləri var.

Publika.az xəbər verir ki, yeni layihələr üstündə çalışan sənətçi duet oxuyub, klip çəkdirmək istəyir. Elnur konsert və yeni layihələri haqqında belə söyləyir:

“Dostumuz Kənan və Eminlə birgə layihə üzərində çalışırıq. Demək olar ki, layihə bitmək üzrədir. Yaxın vaxtlarda hər kəs görəcək. Bu konsert deyil, sadəcə kiçik bir çıxışdır.

Hər 5-ci günü burada ifa edirəm. Layihədə işin çox hissəsi Eminin üzərinə düşüb, o aranjiman edir. Mən isə öz ifamı edirəm. Yeni işlərim var. Sadəcə olaraq onları TV-yə yox, FM dalğalarına veririk. Duet oxumaq fikrim var. Bunun üçün ilk növbədə gözəl mahnı və bir-birini tamamlayan ifa lazımdır. Artıq öz studiyamız var, rahatlıqla işləyə bilərik. Yaxın zamanlarda ola bilsin ki, duet olsun. Bəlkə elə Samirlə oldu”.

Elvin Elxan

Foto: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm