Tabloid.az
“Bütün polislər əclafdılar” filmi mükafatlandırıldı
Moskva kinofestivalının Beynəlxalq kino mətbuatı Federasiyasının münsiflər heyəti italyan rejissor Stefano Sollimanın “Bütün polislər əclafdılar” filmini mükafata layiq görüb. Publika.Az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə iyunun 30-da təşkil olunan mətbuat konfransında münsiflər heyətinin sədri Dyerd Karpati məlumat verib.
Bundan başqa, film rus kinotənqidçilərinin və Rusiya Kinoklublar
Federasının münsiflər heyətlərinin də mükafatlarına layiq görülüb.
Sollimanın filmi Romadakı kütləvi iğtişaşları qəddarlıqla dağıdan
xüsusi təyinatlı polis dəstələrindən bəhs eləyir.
Filmin adı olan bu sloqan XX əsrdə Böyük Britaniyada yaranıb və
məşhur həbsxana döyməsi olub. Daha sonra isə küçə
qeyri-rəsmilərinin: skinhedlərin, futbol xuliqanlarının,
anarxistlərin sloqanına çevrilib. Sloqanın rus versiyasını art-qrup
“Voyna” öz aksiyalarında istifadə edib.
“Tamaşaçi simpatiyası” mükafatı başqa bir italyan filmi olan, türk
rejissor Ferzan Özpeteyin “Şahanə qonaq” filminə təqdim olunub.
“NETPAC”ın mükafatı isə Andrey Proşkinin “Orda” filminə
verilib.
Moskva kinofestivalının əsas mükafatları bu gün axşam bağlanış
mərasimində təqdim ediləcək. Əsas müsabiqənin münsiflər heyətinə
braziliyalı rejissor Ektor Babenko başçılıq eləyir.
Sahilə
Publika.Az
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ