Tabloid.az
Fəxriyyə Xələfova Astanada eksklüziv geyimlərini nümayiş etdirəcək
Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova eksklüziv geyim kollesiyasını nümayiş etdirmək üçün Qazaxıstanın paytaxtı Astanaya dəvət olunub. Bu barədə Publika.Az-a əməkdar incəsənət xadimi özü məlumat verib. F.Xələfova bildirib ki, iyulun 6-da Astana gününə həsr olunan təntənəli konsert proqramı keçiriləcək.
“Belə böyük və mühüm tədbirdə iştirak etmək üçün dəvəti
məmnuniyyətlə qəbul etdim. Bu, Azərbaycanın mədəni irsinin və
kolleksiyanın milli xarakterini nümayiş etdirmək üçün bir imkandır.
Tədbir zamanı eksklüziv geyim kolleksiya ilə yanaşı, hazırladığım
kişi ətirləri kolleksiyasını da təqdim edəcəyəm. İlk təqdimat
Astanada keçiriləcək. Bir neçə paltarlar nadir ipək parçalardan
istifadə olunaraq, əl ilə toxunub və ixtisaslı sənətkarlar
tərəfindən boyalarla rənglənib. Geyimlərim hazırlanmasında
dekorativ tətbiqi incəsənətin unikal texnikasından və milli
naxışlardan istifadə olunub. Ona görə də, bəzi geyimləri sənət
əsəri hesab etmək olar”, - F.Xələfova deyib.
Modelyer onu da qeyd edib ki, bu formatda son kolleksiyasını
2005-ci ildə Misirin paytaxtı Qahirə şəhərində Azərbaycan
Mədəniyyəti Günləri çərçivəsində təqdim edib.
Məlumat üçün bildirək ki, bu il Astana türk dünyasının mədəniyyət
paytaxtı statusunu əldə edib və bu məqsədlə möhtəşəm konsert
proqramı hazırlayır. Konsertin moda hissəsinə TÜRKSOY-un aparıcı
dizaynerləri cəlb olunub və onlar orijinal layihələri ilə çıxış
edəcəklər. Konsert Qazaxıstanın və bir çox xarici ölkələrin aparıcı
telekanallarında canlı yayımlanacaq.
Fuad Mədətov
Publika.Az
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!