Bal rəngli gözü və yeni saç düzümü ilə Günay İbrahimli - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Bal rəngli gözü və yeni saç düzümü ilə Günay İbrahimli - FOTOLAR

Günay İbrahimli yeni imicdə

Fotokameramızın obyektivinə gənc müğənni Günay İbrahimli tuş gəlib.

Publika.az-ın məlumatına görə, müğənni saçında dəyişiklik edərək, gözünə bal rəngli linza taxıb.

Şarışın görünən Günay, yeni imicində obyektivimizə poza verib. Dəyişkənliyi sevən sənətçi, yeni imici haqqında belə deyir:

“Əvvəllər imicimi gec dəyişirdim, amma son zamanlar tez-tez dəyişirəm və dəyişməyi də sevirəm. Ayda bir dəfə dəyişirəm. Dəyişməyim fəsildən fəsilə olur, amma əhval ruhiyyəm əladırsa, saç düzümümdə dəyişiklik olur. Xarici görünüşümdə dəyişiklik edən zaman, bəzən əvvəlki görünüşüm üçün darıxıram.

Müğənni olduğumuzdan, dəyişkənlik etmək lazımdır. Dəyişkənliyin də əndazəsini aşmaq olmaz. Mən dünyaya gələndən bu günə kimi 2-3 dəfə linzadan istifadə etmişəm. Elə də çox sevmirəm, indi gözüm bal rəngindədir. İmicimi elə də dəyişdirməmişəm. Saçımda müəyyən dəyişiklik oldu”.

Publika.az saytı Günayın özəl fotolarını sizlərə təqdim edir:

Elvin Elxan

Foto: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm