Tabloid.az
Mikayıldan Elnarə və İlhamiyyəyə sərt cavab: “Mən erməniyəm?”
"Space" telekanalında yayımlanan “Sevimli şou” verilişinin aparıcısı Mikayıl Güləddinoğlu son zamanlar həmkarlarının onun barəsində səsləndirdiyi tənqidi fikirlərə cavab verib. Güləddinoğlu Publika.az-a açıqlamasında əvvəlcə ANS-in “İncə maraqlar” verilişinin aparıcısı Elnarə Təhməzovanın müsahibəsində işlətdiyi bu ifadələrə cavab verib:
“Həftənin bir günü dostlarım mənə yazırlar ki, “Space”-ə bax “palatka toyu” başladı. Mən həmin verilişdə tamaşaçıların plasmast stullarda əyləşdiyini görmüşəm. Düzdür, “Space” mənim ilk iş yerim olub. Amma bilmək istəyirəm ki, o kanalın plasmast stuldan başqasına pulu çatmır? Bu, yəqin ki, aparıcıya və kanalın özünə hörmətdən irəli gələn bir şeydir. Bir kanalın ki aparıcısını tanımadın, deməli... O aparıcı məndən inciməsin. İnsanın daxili necədirsə, verilişini də elə qurur".
Mikayılın Elnarəyə cavabı belə olub:
“Aparıcının aparıcı haqqında o sözü deməyini başa düşmürəm. Mən
həmin xanımı tanıyıram. Özü də çox yaxşı tanıyıram Elnarəni. Başa
düşmürəm, bu nə deməkdir? Bunu kənardan hansısa müğənni, yaxud
başqa peşə sahibi desəydi, anlaşılardı. Xanımdır, mən ona nə deyim?
Ayrı söz demək istəmirəm. Allah canını sağ eləsin. Amma mənim
Azərbaycan teleməkanındakı əksər aparıcılarla yaxşı münasibətlərim
var, bir çoxları ilə dostluq edirik. Elnarə ilə şəxsi ünsiyyətim
yoxdur. Çox təəssüf edirəm”.
M.Güləddinoğlu jurnalist İlhamiyyə Rzayevanın bir müddət öncə onun barəsində işlətdiyi “çoban” ifadəsinə isə sərt şəkildə reaksiya verib:
“Bununla ikinci dəfədir ki, belə hal olur. Adı yadımdan çıxdı. O da
aparıcı olub, "Space"-də aparıcılıq edib, eynəkli xanımdır. Hə,
indi yadıma düşdü, İlhamiyyə Rzayeva. O da təxminən belə bir
müsahibə vermişdi. Anlaya bilmirəm ki, həmkarlarım niyə mənə qarşı
belə mövqe tuturlar? Bu, nəyə görədir? Məgər mən erməniyəm? Mən də
bir azərbaycanlı oğluyam. İndiyə kimi nəinki aparıcıya, heç kimə
güldən ağlır kəlmə söyləməmişəm. Son qəpiyim qalsa, həmkarıma
verərəm ki, təki onun işi düzəlsin, mən "Space"-dən evə piyadada
gedərəm. Mənə də maraqlıdır ki, bu məsələni altında nə dayanır?
Özüm də tapa bilmirəm”.
Qeyd edək ki, bir müddət öncə İlhamiyyə Rzayeva da Mikayıl Güləddinoğlu barədə sərt açıqlama ilə çıxış etmiş, həta onu “çoban” adlandırmışdı:
“Space”də Mikayıl Güləddinoğlunun “Sevimli şou”su tənqid edilir ki, orada “palatka toyu” qurublar. Ancaq həm də verilişin başlamasını dörd gözlə gözləyirlər. Nədir Azərbaycan tamaşasını “palatka” səviyyəsinə endirən? “Mikayıl kimdir, “Space” indi nədir? Bilmirəm. Amma əvvəllər “palatka” toyları əla olurdu. Hər şey öz yerində, öz təbiətində gözəldir. Çoban dağ qoynunda, dərədə quzuları otarıb tütək çalanda gözəldir, mənalıdır, hətta bir az romantikdir. Məsələn, gəlib “Space”də veriliş aparanda yox.”
İntiqam VALEHOĞLU
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər
-
Nida Xəbər 17:20
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir
-
Magazin216:40
Tanınmış müğənninin vəziyyəti pisləşdi - Xəstəxanaya aparıldı