Tabloid.az
Tanınmış müğənnimizin maşınının şüşəsini sındırdılar – ÖZƏL FOTOLAR
Tanınmış müğənni Elxan Qaraxanoğlunun başına iş gəlib.
Daha doğrusu, müğənninin avtomobili onun başına iş açıb. Bu barədə Publika.az-a danışan sənətçi bildirib ki, ötən gün Suraxanı rayonu ərazisində maşınının şüşəsi sındırılıb:
“Dünən gecə həyat yoldaşımın valideynlərigilə, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə qonaq getmişdik. Avtomobilimi binanın qarşısında saxlamışdım. Birdən həyətdən partlayışa bənzər səs gəldi. Evdəkilər səsə eyvana çıxdılar. Sən demə, yuxarı mərtəbədən badımcan kürüsüylə dolu bankanı mənim maşınımın üstünə atıblar. Avtomobilin qabaq alın şüşəsi çilik-çilik oldu. Dərhal 102 xidmətinə zəng vurdum. Çünki orada kiməsə qarşı hörmətsizlik edə bilməzdim. Həm də şüşənin kim tərəfindən sındırıldığını bilmirdim”.
E.Qaraxanoğlu bildirib ki, hadisə yerinə Suraxanı Rayonu Polis İdarəsinin 33-cü bölməsinin əməkdaşları gəliblər. Hazırda hadisə ilə bağlı şahid ifadələri alınır:
“Sonra öyrəndim ki, həmin yerdə iki gün öncə də buna bənzər hadisə
baş verib. İnanıram ki, Azərbaycan qanunları və polisi bu barədə
ciddi ölçü götürəcək”.
İntiqam VALEHOĞLU
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT