Hindistanın Azərbaycandakı səfiri Oksanaya "Rəqs ilahəsi"ni təqdim etdi – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Hindistanın Azərbaycandakı səfiri Oksanaya "Rəqs ilahəsi"ni təqdim etdi – FOTOLAR

Azərbaycanlı rəqqasə, Hindistanın “India's Best Cine Stars Ki Khoj” istedad müsabiqəsinin qalibi Oksana Rəsulova Bakıda baş tutan Divali bayramının fəxri qonağı olub.

Bu barədə Publika.az-a Oksana özü məlumat verib. Tədbir çərçivəsində hind milli rəqslərindən və mahnılarından ibarət proqram təqdim olunub. Oksana Rəsulova öz tələbələri ilə bu bayrama rəng qatıb.

Həmçinin tədbirdə Oksananın Hindistandakı möhtəşəm qələbəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar Oksananı təbrik edərək ona “Rəqs ilahəsi” heykəlciyini təqdim edib. Səfirin sözlərinə görə, Oksananın bu yarışdakı qələbəsi bütün Azərbaycanın qələbəsidir.

Qeyd edək ki, tədbir səfirliyin nəzdində olan Hindistanın Azərbaycan Assosiasiyası tərəfindən təşkil olunub. Oksana bu assosiasiyanın fəxri üzvüdür.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm