Tacir Şahmalıoğlu qızı ilə - ÖZƏL FOTO
Bizi izləyin

Tabloid.az

Tacir Şahmalıoğlu qızı ilə - ÖZƏL FOTO

Publika.az tanınmış müğənni Tacir Şahmalıoğlunu məclislərin birində qızı ilə görüntüləyib.

Fotokameramızın obyektivinə tuş gələn sənətçi özünə yaxın bildiyi sənət dostlarının xeyir işinə qızı Nurayı da apardığını dedi. İki övlad atası olduğunu bildirən müğənni onların gələcək sənət seçiminə qarışmayacağını da bildirdi: “İki övladım var. Qızım Nurayın 13 yaşı var. Oğlum Şahmalı isə yaşca ondan böyükdür. Mühafizəkar olsam da, özümə yaxın bildiyim insanların məclisinə qızımı da gətirirəm”.

Maraqlıdır, sənətçi qızının onun yolunu davam etdirməsini istəyirmi?

“Oğlumun gözəl səsi var, yəqin, yolumu davam etdirəcək. Amma qızımı deyə bilmərəm, çünki səsi yoxdur. Əgər səsi olsaydı, qadağa qoymazdım. Amma ingilis dilində səlis danışır, buna görə istəyirəm gələcəkdə ingilis dili müəlliməsi olsun”, - Tacir Şahmalıoğlunun cavabı belə oldu.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm