Azərbaycanlı alimin tədqiqatı Britaniyada nəşr olunub
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı alimin tədqiqatı Britaniyada nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayevanın “Multikulturalizm plüral moderniklər kimi” mövzusunda tədqiqatı Böyük Britaniyanın Oksford şəhərində nəşr olunan “Dünya vətəndaşlarının mürəkkəb miqrasiyası” adlı kitabda işıq üzü görüb.

Publika.az-ın məlumatına görə, son zamanlar aktuallaşan multikulturalizm alimin tədqiqatında müasir mədəniyyətin səciyyəvi xüsusiyyəti nöqteyi-nəzərindən təhlil edilir. Müəllif postmodernizmin kontekstində multikulturalizmin bir sıra modernliklər kimi iki paradiqmanın, ictimai-mədəni şəraitin iki variantı - ənənə və müasirliyin sintezi olaraq dərk edildiyindən bəhs edir. Postmodern şərait multikulturalizmin mənasını genişləndirərək dialoqa təlabatı və onun müasir çoxmədəniyyətli dünyada yanaşı yaşamanın zəruri şərti olduğunu vurğulayır. Mövzu qeyri-qərb müasirliyini təşkil edən, sintez quruluşlu cəmiyyətlər, o cümlədən multikulturalizmin həyat tərzinə və son illər bu sahədə beynəlxalq tədbirlər məkanına çevrilən Azərbaycan nümunəsində tədqiq edilir.

Qeyd edək ki, R.Rzayeva nəşrdəki müəlliflər arasında yeganə azərbaycanlı alimdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm