Xatirə bu cür arıqladı – FOTO
Bizi izləyin

Tabloid.az

Xatirə bu cür arıqladı – FOTO

Müğənni Xatirə İslam tədbirlərin birində Publika.az-ın kamerasına poza verib.

Sənətçi xeyli çəki atması ilə diqqət çəkib. Maraqlıdır, Xatirə bu çəkiyə necə nail olub, olmaya pəhriz saxlayır?

Sualımızı müğənni özü belə cavablandırdı: “Xüsusi olaraq pəhriz saxlamıram, amma yeməyimə müəyyən qədər diqqət edirəm. Görürsən, həyatda necə arığam? Amma efirə çıxan kimi qanımı qaraldırlar. Efir adamı olduğundan 8 kilo artıq göstərir axı. Buna görə də mənə hərə bir tərəfdən zəng edib deyir ki, ay qız, necə kökəlmisən. Əslində, həyatda o qədər də kök deyiləm”.

Xatirə onu da bildirdi ki, çəki atmasının əsas səbəbi piyada gəzməsidir: “Axşamlar imkan tapan kimi həyat yoldaşımla bərabər gəzintiyə çıxırıq. Həm hava alırıq, həm də sağlamlığımızı təmin edirik”.

Onu da öyrəndik ki, Xatirə hələ yaxın günlərdə bir neçə kilo da ataraq istədiyi ideal çəkiyə nail olmağa hazırlaşır. Hələ bu harasıdır, Xatirə ideal çəkiyə nail olan kimi istədiyi geyimləri də geyinəcək. Buna görə də onu qısa geyimdə görsəniz, təəccüblənməyin.

Cəvahir

Foto müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm