İlham Əliyev "İmamzadə" kompleksi üçün 5 milyon manat ayırdı
Bizi izləyin

Tabloid.az

İlham Əliyev "İmamzadə" kompleksi üçün 5 milyon manat ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa işlərinin aparılması haqqında sərəncam imzalayıb.

Publika.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa işlərinin başa çatdırılması üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm