III Bakı Beynəlxalq Teatr Konfransı başa çatdı
Bizi izləyin

Tabloid.az

III Bakı Beynəlxalq Teatr Konfransı başa çatdı

III Bakı Beynəlxalq Teatr Konfransı noyabrın 6-da işini başa çatdırıb.

Publika.az-ın məlumatına görə, konfransın sonuncu günü plenar iclaslara Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov, teatr tənqidçisi, “Peterburq teatr jurnalı”nın baş redaktoru Marina Dmitrevskaya, teatr tənqidçisi, sənətşünaslıq namizədi Aydın Talıbzadə, Hindistan Beynəlxalq Uşaq Teatrları Festivalının direktoru Ayşa Rau moderatorluq edib.


Gün ərzində “İran ənənəvi teatrı: təziyələrdə rəng və hərəkətin rəmzi rolu”, “Multikulturalizm – universal dəyərlər sistemində teatrın yeri”, “XXI əsrin teatrında söz əməl kimi”, “Qloballaşmış dünyada teatr”, “Multikulturalizm İtaliyada” və digər mövzularda məruzələr dinlənilib.


III Bakı Beynəlxalq Teatr Konfransına yekun vuran mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev iki gün ərzində aparılan müzakirələrin əhəmiyyətindən, eləcə də Azərbaycan teatrının inkişaf yolundan söz açıb.


Vurğulanıb ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən irimiqyaslı layihələr ölkə mədəniyyətinin inkişafına və dünyada təbliğinə əvəzsiz töhfələr verməkdədir.


Nazir müavini onu da qeyd edib ki, teatrın inkişafı üçün bu sənətə böyük sevgi olmalıdır: “Bu sevgi insanın daxilindən gəlməlidir. Bu zalda oturan, eləcə də mədəniyyətə xidmət edən minlərlə insan yer üzündə sülhün, bərabərliyin, əmin-amanlığın elçiləridir. Gəlin birlikdə dilimizdən, dinimizdən asılı olmayaraq bu missiyanı böyük sevgi ilə yerinə yetirək”.


Qeyd edək ki, növbəti IV Bakı Beynəlxalq Teatr Konfransı gələn il keçiriləcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm