Azərbaycanlı müğənni həmkarlarını nədə qınadı?
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı müğənni həmkarlarını nədə qınadı?

Azərbaycan estradasının tanınmış müğənnənisi Emil Bədəlov bu yaxınlarda işiq üzü görəcəyi mahnısından söz açıb. Müğənni sözügedən mahnının adını gizli saxlayıb. Yaradıcılığı ilə yanaşı, şou-biznesdən də danışan müğənni, heç kimlə qalmaqal etmək istəmədiyini də xüsusilə vurğulayıb.


Ata olmağa hazırlaşan ifaçı, uşağının adını belə, açıqlayıb. Publika.Az-a açıqlama verən Emil, Ramazan ayında ailəsi ilə birgə istirahət etmək istədiyini də dilə gətirib. Sözügedən müsahibəni sizlərə təqdim edirik:

- Emil bəy, nə kimi yenilikləriniz var?

- Bu yaxınlarda yeni mahnım işıq üzü görəcək. Sözügedən mahnının musiqisi Kazıma, sözləri isə meyxanaçı Vüqara məxsusdur. Mahnının adı hələ bəlli deyil. Mahnı 3-4 günə arenjeman olunacaq.

- Özünüzü şou-biznesdə görürsünüz?

- Əlbəttə, görürəm. Mənə elə gəlir ki, Emil Bədəlov şou-biznesdə var. Bizə qiymət verən tamaşaçılardır. Əsas odur ki, həmkarlarımdan fərqlənirəm. Mənə elə gəlir ki, bəzi həmkarlarımdan səmimiyyətimlə, çalışqanlığımla, yaradıcılığımla və qarşımdakı insana hörmət etməklə fərqlənirəm.

- Emil Bədəlovun fikrincə, gündəmdə olan müğənnilər kimlərdir?

- Gündəmdə olan ifaçılarımız çoxdur. Ancaq ad çəkmək istəmirəm. Xalq artisti Faiq Ağayev, Zarina və başqalarını deyə bilərəm. Onu da əlavə edim ki, kiminləsə qalmaqal etməyi sevmirəm. Bir sözlə, hər kəsin uğurları göz qabağındadır.

- Prodüserlərlə və ya klipmeykerlərlə problem yaşamısınız?

- Şükür Allaha, sözügedən insanlarla heç bir problemim olmayıb. Hər kəs bilir ki, şou-biznes nümayəndələrinin əksəriyyəti ilə münasibətim yaxşıdır. Bu zamanadək efirlərdə eşitməmişəm ki, kimsə mənim haqqımda xoşagəlməz sözlər desin və ya arxamca danışsın. Klipmeykerlərlə və ya prodüserlərlə problemi olan müğənnilərimiz varsa, Allah onlara səbr versin. Mənə elə gəlir ki, aralarındakı soyuq münasibəti efirdən kənarda davam etdirsələr, daha yaxşı olar. Çünki onlar pərdəarxası söhbətlərdir.

- Ümumiyyətlə, həmkarlarınızdan özünüzə dost seçdiyiniz insan var?

- Var, özü də çoxdur. Bir sözlə, cavan ifaçıların çoxu mənim dostlarımdır. Dost dediyim insanlar arasında xalq artisti Faiq Ağayevi, Zamiq Hüseynovu, Ayaz Qasımovu, Elçin Hüseynovu və başqalarını görürəm.

- Bir çox məcilislərdə rəqs etməyinizin şahidi olmuşuq. Məharətlə rəqs etməyi kimdən öyrənmisiniz?

- Hər tədbirdə rəqs etməyi özümə borc bilmişəm. Çünki hansısa məclisə dəvət edirlərsə o, tədbirdə oynamaq lazımdır. Ona görə, mənim toyum da çox gözəl və maraqlı keçdi. Hər kəs canla-başla iştirak etdi. Bir sözlə, “hörmət, hörmətə bağlıdır”.

- Şəxsi həyatınızla gündəmə gəlməməyinizin səbəbi nədir?

- Niyə də şəxsi həyatımla gündəmə gəlməliyəm? Məni tanıyan, qoy Emil Bədəlov kimi tanısın, şəxsi həyatımla yox. Şəxsi həyatımın gündəmə və efirə heç bir aidiyyatı yoxdur və bunu gündəmə gətirmək istəmirəm. Bəzi həmkarlarım var ki, şəxsi həyatları ilə gündəmə gəlirlər. Şəxsi həyat gizli qalmalıdır. Ailədə baş verənləri reklam etdirmək lazım deyil.

- Yayda istirahət etmək fikriniz var?

- İnşallah, Ramazan ayında istirahət etməyi düşünürəm. Çünki iyun-iyul aylarında biz müğənnilərin işi çox olur. Ancaq Ramazan ayında işlərdə durğunluq yarandığı üçün ailəmlə birgə bu ayda istirahət etməyi planlaşdırırıq.

- Nə vaxt ata olacaqsınız?

- Artıq buna namizədəm, bu yaxınlarda ata olacağam. Çox sevinirəm. Adını hələ fikirləşməmişik. İnşallah, uşaq dünyaya gəldikdən sonra böyüklərim qərar verəcəklər. Anamın ən böyük arzusudur ki, oğlum olsa, adını Əbülfəz, qızım olsa, öz adını qoysun.

Dəniz
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm