Şou-biznesin küsülü cütlüyü ortaq məxrəcə gələ bilmir - PAPARAZZİ
Bizi izləyin

Tabloid.az

Şou-biznesin küsülü cütlüyü ortaq məxrəcə gələ bilmir - PAPARAZZİ

Publika.Az-ın fotokamerasına tuş gələn cütlüyün dünən keçirilən tədbirlərin birində yan-yana əyləşib qızğın mübahisə etmələri diqqətimizdən yayınmayıb. Müşahidə apardığımız zaman İlahənin yanına gəlib əyləşən Vüqar, onun qulağına nə isə dedi və bu, İlahənin qəzəbinə səbəb oldu. Bu gərgin vəziyyət hər iki şəxsin mimika və jestlərindən hiss olunurdu.


Publika.Az-ın müxbiri onlara yaxınlaşaraq münasibətlərini soruşub. Hər iki şəxs belə cavab verib:

“Münasibətimiz dost kimidir. Küsürük də, barışırıq da... amma ortaq məxrəcə gələ bilmirik”.

Qeyd edək ki, İ.Nizamiqızı bir neçə müddət əvvəl bildirib ki, Vüqarla sevgili yox, dostdurlar və bu dostluq münasibətlərini davam etdirirlər.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm