ATV-nin aparıcısı ANS-ə söz atdı - “Çox biabırçı görünürsünüz”
Bizi izləyin

Tabloid.az

ATV-nin aparıcısı ANS-ə söz atdı - “Çox biabırçı görünürsünüz”

ATV-nin “Gündəlik” proqramının aparıcısı Mətanət Əliverdiyeva bəzi həmkarlarının ünvanına atmacalar atıb.

Publika.az-ın məlumatına görə, aparıcı xanım bir çox həmkarlarının özünü ona oxşatdığını deyib: “Bəzi həmkarlarım var ki, məni yamsılayırlar. Xüsusən də vaxtilə işlədiyim qonşu kanalın bəzi aparıcılarını nəzərdə tuturam. Mən verilişdə hansı hərəkəti edirəmsə, onu təkrarlayırlar. Hətta ayağımı necə qoyuramsa, onlar da elə qoyur. Qonaqlarım çox olduğu üçün mən adətən, ayaqüstə dayanmalı oluram. İnsanıq də, dabanlı ayaqqabılarda bəzən yoruluram və divanın kənarında otururam. İnanın, həmin aparıcılar divanda boş yer olsa da, divanın kənarında otururlar. Eynən mənim kimi. Onlara demək istəyirəm ki, özünüz olun, başqalarını yamsılamayın. Çox biabırçı görünürsünüz”.

Aparıcı xanım qadınlar haqqında da kəskin danışıb. Heç vaxt rəfiqəsinin olmadığını deyən Mətanət qadınların 80 faizindən zəhləsi getdiyini deyib. Səbəbini isə belə izah edib: “Qadınlar yalnız dedi-qodu ilə məşğul olurlar. Bir də görürsən, dostluq etdikləri insanın arxasınca elə sözlər danışırlar ki, məəttəl qalırsan. Buna görə də qadınlara inanmıram və onlarla rəfiqəlik etmirəm”.

Qeyd edək ki, Mətanət qonşu kanal deyəndə ANS-i nəzərdə tutur. Çünki bir müddət öncə o, həmin kanalda işləyib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm