Məşhur aktyorun ölüm səbəbi açıqlandı
Bizi izləyin

Tabloid.az

Məşhur aktyorun ölüm səbəbi açıqlandı

Məşhur aktyor Robin Villiamsın ölüm səbəbi bəlli olub. Ekspertizanın nəticələrinə görə, 63 yaşlı aktyorun intihat etdiyi təsdiqlənib.

Ölümündən əvvəl narkotik asılığından müalicə üçün müraciət etsə də, həyat yoldaşının sözlərinə görə, müalicə olunmayıb. Tibbi ekspertizanın da rəyində onun qanında spirtli içki və ya narkotik maddə aşlar edilməyib.

Sənədə əsasən, Villiams Parkinson xəstəliyindən əziyət çəkib və fiziki aktivliyi təmin etmək üçün daim dərman qəbul edib. Həyatının son günlərində isə paranoyak olub və əllərindəki titrəmənin ona problem yaratdığı da qeyd olunub.

Həyat yoldaşı Susan Şeinder onun Parkinson xəstəliyi ilə mübarizə apardığını, ancaq yuxu probleminin olduğunu deyib.

Qeyd edək ki, R.Villiams bu il avqustun 11-də Şimalı kaliforniyadakı evində ölü tapılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm