Rozanın erotik klipi gündəmdən düşmək bilmir - VİDEO
Bizi izləyin

Tabloid.az

Rozanın erotik klipi gündəmdən düşmək bilmir - VİDEO

Müğənni Roza Zərgərli özbək sənətçisi ilə birlikdə ifa etdiyi mahnısı barədə şok açıqlama verib.

Müğənni Roza Zərgərli özbək sənətçisi ilə birlikdə ifa etdiyi mahnısı barədə şok açıqlama verib.

Sənətçi Ziyad İşanxocayevlə səsləndirdiyi “Tı i ya” mahnısının klipinin qalmaqala səbəb olmasından danışıb. Roza xanım bildirib ki, klipin bir neçə saniyəlik görüntülər yayılsa da bu boyda tələbat gözləmirdi.

Video kadrlarda müğənninin "UC-Kuduk" özbək qrupunun solisti ilə görüntülənən sevişmə səhnələri izləyicilərin diqqətini çəkib. Bütün söz-söhbətə açıqlama olaraq Roza Zərgərli bu barədə şəxsi Facebook səhifəsində münasibət bildirib. O qeyd edib ki, erotikanın tamaşaçı üçün bu qədər maraqlı olduğunu bilmirdi:

“Tı i ya” klipindən yayılan qısa kadrın bu qədər məşhurlaşması məndə qəribə hislər yaratdı. Bilməzdim ki, erotika tamaşaçı üçün bu qədər maraqlıdır. Belə başa düşdüm ki, yalan və doğru tənqid etsələr də, hər kəs barmaqlarının arasından, ya da gecə hamı yatandan sonra gizlincə buna baxıb. Mənim üçünsə bir rejissor olaraq bu, incəsənət layihəsidir. Odur ki, klipin təqdimatını gözləyin, bu, şok olacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm