Lalə Məmmədova kimin bostanına daş atdı?
Bizi izləyin

Tabloid.az

Lalə Məmmədova kimin bostanına daş atdı?

Əməkdar artist Lalə Məmmədova Space-də yayımlanan "Gülüş yığması" verilişinin qonağı olub.

Publika.az xəbər verir ki, sənətçi veriliş ərzində maraqlı açıqlamalar verib. Yaradıcılığıyla bağlı yeniliklər etdiyini deyən Məmmədova aktyor Elməddin Cəfərovla söhbəti zamanı həmkarlarını tənqid etməyi də unutmayıb:

"Sənətçi həmkarlarımdan burada olanda yox, amma xaricdə utanıram. Bahalı çantalar alıb nümayiş etdirməkdənsə, ayda yüz manat xərcləyib ingilis dilini heç olmasa, ünsiyyət qura bilmək səviyyəsində öyrənsələr, yaxşı olardı".

E.Cəfərovun zarafatla etdiyi "deyəsən özünə tələbə yığırsan" replikasına əməkdar artistin reaksiyası belə olub:

"Vaxtım olsa, pulsuz hazırlaşdıraram".

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm