Robin Uilyamsın ölüm səbəbi məlum oldu
Bizi izləyin

Tabloid.az

Robin Uilyamsın ölüm səbəbi məlum oldu

Məşhur aktyor Robin Uilyamsın ölüm səbəbi məlum oldu.

“Associated Press” agentliyindən verilən məlumata görə, Uilyamsın intihar etdiyi artıq şübhəsizdir.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Robin Uilyams intihar edib. İntihar zamanı onun qanında nə alkoqol, nə də hansısa narkotik maddəyə rast gəlinib.

Xatırladaq ki, Robin Uilyams Kaliforniya ştatındakı evində ölü tapılmışdı.

Aktyorun xanımı Syuzan Şnayderin sözlərinə görə, o, Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, “Oskar” mükafatı laureatı və “Qızıl qlobus” sahibi olan aktyor daha çox “Cumanci”, “Missis Dautfayr”, “Sabahın xeyir, Vyetnam” filmləri ilə məşhur idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm