Madonnanın paltarları 3,2 milyon dollara satıldı - FOTO
Bizi izləyin

Tabloid.az

Madonnanın paltarları 3,2 milyon dollara satıldı - FOTO

Pop musiqisinin əfsanəvi isimlərindən olan Madonnanın konsertlərdə və bəzi filmlərdə geyindiyi paltarları Los Ancelesdə təşkil edilən açıq hərracda 3,2 milyon dollara satılıb.

Publika.az xəbər verir ki, müğənninin 1985-ci ildə Şon Penn ilə evlənərkən geyindiyi gəlinliyə 81 min 250 dollara müştəri çıxarkən, "Desperately Seeking Susan" filmində giyindiyi pencək 252 min dolara, sırğaları isə 34 min 375 dollara satılıb.

Aktrisanın "Evita" filmindəki paltarına 15 min dollara, "Material Girl" mahnısının klipində istifadə etdiyi qiyafətə isə 73 min 125 dolara alıcı çıxıb.

Qeyd edək ki, həmin hərracda Con Lennonun eynəyi 25 min dolara, Elvis Preslinin üzüyü isə 57 min dollara satılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm