Di Kaprio 40 yaşını qeyd edir - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Di Kaprio 40 yaşını qeyd edir - FOTOLAR

Bu gün məşhur Hollivud ulduzu Leonardo Di Kaprionun doğum günüdür.

Publika.az xəbər verir ki, 11 noyabrda onun 40 yaşı tamam olub.

Leonardo uşaqlıqdan aktyor olmaq arzusunda idi. 1991-ci ildə “Zubastiki” dəhşət filmində ilk dəfə olaraq epizodik rol alıb. Sonradan daha bir neçə filmdə epizodlarda görünüb.

Lakin ona dünya şöhrətini 1997-ci ildə baş rol aldığı “Titanik” filmi gətirib. Cek Douson obrazı Leonardoya milyonlarla fanat qazandırdı.

25 il ərzində Di Kaprio ümumilikdə 30-dan çox filmdə çəkilib. Onun baş rol aldığı “Aviator”, “Azad Canqo” ,”Uoll strit canavarı” filmləri daha məşhurdur.

Bu rollara görə Di Kaprio iki dəfə “Qızıl Qlobus” mükafatı alıb, 5 dəfə “Oskar”a namizəd olub.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm