Əməkdar artist: “Keçmiş həyat yoldaşım ailəlidir”
Bizi izləyin

Tabloid.az

Əməkdar artist: “Keçmiş həyat yoldaşım ailəlidir”

Əməkdar artist Hüsniyyə Mürvətova keçmiş həyat yoldaşından danışıb.

Aktrisa Publika.az-a açıqlamasında bildirib ki, onun övladının atası ilə barışaraq yenidən bir araya gəlməsi mümkün deyil: “Çünki o insan artıq ailə qurub”.

Qeyd edək ki, aktrisanın bir neçə gün öncə “Onlar” verilişinə keçmiş həyat yoldaşı ilə bağlı açıqlaması böyük marağa səbəb olmuşdu:

“2006-cı ildən ayrılmışıq. Əslində sevib ailə qurmuşduq. Düşünmürdüm ki, nə vaxtsa boşanarıq. Sadəcə, həyatdır, qismətdir. Onun xoşbəxtliyi üçün ayrıldım. O, boşanmağımızı istəmirdi. Evin tək oğlu idi, ata-anası ilə yaşamaq istəyirdi. Bizim xasiyyətimiz tutmurdu. İndi bədbəxt deyiləm. Hər bir qadın arzulayır ki, arxasında dayağı olsun. Nə vaxtsa qarşıma biri çıxacaq. Orxana həm analıq, həm də atalıq edirəm. Futbolçu olmaq istəyir, məşq edir. Onu atasından, babasından ayırmamışam. Lazım olanda gəlirlər, axtarırlar. Babası çox yaxşı insandır”.

H.Mürvətova əməkdaşımızın “evli olmasaydı, mümkün idimi” sualına isə belə cavab verib:
“Bu haqda danışaq istəmirəm. Özü də mən efirdə deməmişəm ki, ərə getmək istəyirəm. Dedim ki, bəlkə də, nə vaxtsa qarşıma insan çıxacaq və ailə quracağam. Bu, düzgün deyil axı”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm