Türkiyədə yaşayan həmyerlimiz model agentliyi açır – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Türkiyədə yaşayan həmyerlimiz model agentliyi açır – FOTOLAR

Türkiyədə yaşayan azərbaycanlı model Könül Əzizova təəccübləndirməyə davam edir.

Publika.az-a danışan həmyerlimiz doğma şəhəri olan Bakıda öz biznesini qurmağı planlaşdırır:

“Bakıya budəfəki gəlişim ilk növbədə təzə layihələrimlə bağlıdır. Mən şəhərimizdə model agentliyi açmaq fikrindəyəm. Əsas məqsədimiz dünya model agentlikləri ilə əməkdaşlıqdan ibarət olacaq”.

Qeyd edək ki, model həmçinin Bakıda moda nümayişləri keçirmək, foto və video çəkilişlər həyata keçirmək niyyətindədir.

Qeyd edək ki, K.Əzizova 2010-cu ildə Türkiyədə keçirilən “TRT 1” və “TRT Avaz” kanallarında yayımlanan “Cehiz-şou”da iştirak edib. O həmçinin “Məni belə sev” serialında rol alıb, “Evos angels” dərgisi tərəfindən isə “Ayın gözəli” seçilib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm