Könül Nazimqızının “Yarımçıq xatirələr”i üzə çıxdı
Bizi izləyin

Tabloid.az

Könül Nazimqızının “Yarımçıq xatirələr”i üzə çıxdı

Onlarla hit mahnıların söz müəllifi olan Könül Nazimqızı yaradıcılığında yenilik edib.

Publika.az-ın məlumatına görə, yazarın “Yarımçıq xatirələr” adlı şeir diski işıq üzü görüb. Diskdə şairənin müxtəlif illərdə sevgi və təbiət mövzusunda qələmə aldığı şeirləri toplanıb.

Mətnlər müəllifin öz dilindən səslənib.

Qeyd edək ki, Könül Nazımqızı 20-dən artıq kitabın müəllifidir. Onun sözlərinə bəstələnmiş mahnıları Röya Ayxan, Abbas Bağırov, Sevda, Aygün Mahmudova, Fərid, Faiq Ağayev, Nüşabə Ələsgərli, Elxan Şirinov, Nazpəri Dostəliyeva, Nadir Bayramlı, Aygün Kazımova, Rəhim Rəhimli, Mələkxanım Əyyubova və bir çox məşhur müğənnilər ifa ediblər.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm