Azərbaycanlı "Nabat" almanları heyran etdi - FOTO
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı "Nabat" almanları heyran etdi - FOTO

63-cü Mannheym-Heydelberq Beynəlxalq Film Festivalında (İnternational Filmfestival Mannheim-Heidelberg) “Nabat” bədii filminin Almaniya premyerası baş tutub.


C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Publika.az-a bildirilb ki, təqdimatda və təqdimatdan sonra baş tutan mətbuat konfransında filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu iştirak edib.


Festivalın növbəti günlərində filmin Mannheym şəhərinin "Schlossgarten" və Heydelberq şəhərinin “Stadthaus” və “Kino Atlantis” kinoteatrlarında 5 nümayişi də nəzərdə tutulub.


Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə istehsal olunan “Nabat” filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm