İsrafil İsrafilovdan əməkdar artistlə bağlı AÇIQLAMA
Bizi izləyin

Tabloid.az

İsrafil İsrafilovdan əməkdar artistlə bağlı AÇIQLAMA

“Əməkdar artist Telman Əliyevin Akademik Milli Dram Teatrından işdən çıxarılması ilə bağlı deyilənlər əsassızdır”.

Bu fikirləri Publika.az-a açıqlamasında teatrın direktoru İsrafil İsrafilov səsləndirib.

Direktor bildirib ki, noyabrın 16-da T.Əliyevlə bağlanmış müqavilənin müddəti başa çatır:


“Onun bizimlə müqaviləsi bitir. Yeni müqavilə imzalana da bilər, imzalanmaya da. İndiki halda biz müqaviləni yeniləmirik. Yəni, bu, işdən çıxarılmaq deyil. Telman Əliyev heç vaxt ştatda olmayıb, həmişə müqavilə ilə işləyib. Mən direktor təyin olunmamışdan əvvəl də o, burada müqavilə ilə çalışırdı”.

Əməkdaşımızın “Telman Əliyevlə müqavilənin yenilənməməsi onun son günlər sizin və teatrın ünvanına səsləndirdiyi tənqidi fikirlərlə bağlı ola bilərmi” sualına İsrafil İsrafilov belə cavab verib:

“Onun tənqidi fikirlərinin əksəriyyəti həqiqətəuyğun deyil. Bunu istənilən şəkildə yoxlamaq da olar. Telman Əliyevin fikirləri məlumatsız auditoriyaya hesablanmış boş şeydir. Onun danışdıqlarının heç birinin əsası yoxdur. Ola bilər ki, qəzəblənmiş adam kimi hissə qapılıb”.

Direktor əməkdar artistlə yenidən əməkdaşlıq edəcəklərini də istisna etməyib:

“Amma o, yenidən teatra dəvət oluna bilər. Həm də repertuarımızda oynadığı rollar var. Gəlib həmin rollarını oynaya və bunun müqabilində qonorarını ala bilər. Bütün teatrlarda aktyor çıxışına görə qonorar alır”.

Qeyd edək ki, aktyorun işdən çıxarılmasına Aznews.az-a verdiyi “Direktor “Azdraman”ı məhv edir” başlıqlı müsahibənin səbəb olduğu deyilir.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm