Kişi müğənni açdı sandığı: “Gündə bir pornoya tag edirlər”
Bizi izləyin

Tabloid.az

Kişi müğənni açdı sandığı: “Gündə bir pornoya tag edirlər”

Müğənni Yaşar Cəlilov sosial şəbəkə istifadəçilərinə mesaj yollayıb.

Publika.az-ın məlumatına görə, müğənni sosial şəbəkələrdə tanınmış insanlar haqqında yanlış və ədəbsiz fikir söyləyənlərə xəbərdarlıq edib: "Əziz və hörmətli dostlar! Heç vaxt istəməzdim ki, bu mövzuda status paylaşım. Düzünü desəm, 2 ay öncəyə qədər sosial şəbəkələrdə olan profillərimdə 1994-cü il təvəllüddən yuxarı olan xanımların dostluq təklifini qəbul etmirdim.

Hətta BLOK edirdim. Səbəb isə mənə və sənət yoldaşlarıma hörmətsiz yanaşmalar idi. 2 aydır yaşından asılı olmayaraq hər bir xanımın dostluğunu qəbul edirəm. Nəticə göz qabağındadır. Ən böyük tərbiyəsizlikləri elə bu qızcığazlar edir! Qanının qaynayan vaxtı yana-yana “Facebook”a girib oğlan sevmək iddiasında olan yaşı 18-ə çatmayanlar məni bezdirib! Gündə bir pornoya tag edirlər. Sizə hələ “inbox”a yazılanları demirəm! Bu neçə illik “Facebook” təcrübəmə görə deyirəm! Ən tərbiyəsiz “sms”lər, sevgi, seks və s. təklifləri yazan insanların 95% -i yaşı 18 olmayan xanımlardır. Allah haqqı, səmimi deyirəm. Sözlərimə inanmayanlara sübut edərəm. Bəsdirin qızcığazlar!! Sizə görə hamının adı pis olur sosial şəbəkələrdə.

Sizin əlinizdən 2 aydır səhifəmdə şəkil paylaşa bilmirəm. Ağzınıza gələni yazırsınız. Sözüm səhifəmdə çaşan, tərbiyəsizlik edən “MALOLETKALAR”ADIR!! Şəkillərimin altında tərbiyəsizlik edənlərədir. Bu “Facebook”da vaxt keçirincə gedin atanızın, ananızın yanında bir az tərbiyə alın!! Artıq komment yazanı blok edəcəyəm! Qucaqlayıram mənə hörmət edən hər bir kəsi!”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm