Azərbaycan şou-biznesinin “Dartanyan və 3 müşketyor“u Tiflisdə
Bizi izləyin

Tabloid.az

Azərbaycan şou-biznesinin “Dartanyan və 3 müşketyor“u Tiflisdə

Azərbaycan şou-biznesinin 4 tanınmış siması Bakının istisindən uzaqlaşmaq üçün bir günlük Tiflisə gediblər.


Bu barədə Publika.Az-a teleaparıcı, prodüser Mirsalam Mirsalamov özü danışıb. M.Mirsalamov bildirib ki, onun təşəbbüsü ilə yaxın dostları olan teleaparıcı İlkin Həsəni, rejissor, ssenarist Azər Baxşəliyev və aranjemançı-bəstəkar Tərlan Məmmədhüseynov Tiflisə istirahətə gediblər.

“Bakının istisi bizi boğur, darıxırıq... onu da bilirdim ki, radio aparıcısı DJ Fateh Tiflisdə istirahət edir. Mən də uşaqlara məsləhət gördüm ki, bir günlük də olsa, biz də Tiflisə gedək. Amma necə? Maşınla, təyyarəylə, yoxsa piyada? Son qərarımız belə oldu ki, qatarla gedək. Yolboyu xoş əhval-ruhiyyədə olduq, gömrükdən 10 dəqiqəyə Gürcüstana keçdik. Elə bildim, hava limanından keçirəm. Çünki çox gözəl gömrük keçid məntəqəmiz var. Tiflisə doğru, yola davam etdik.

Gürcüstan paytaxtının “Şardane” küçəsindəki otelə yerləşdik. DJ Fateh ilə görüşdük, birlikdə şəhəri gəzdik. Tiflisin maraqlı kafelərini, restoranlarını, parklarını gəzdik. Bir rejissorun maraqlı görünüşdə evi var, orada da olduq. Bir sözlə, 24 saat Tiflisdə, 47 saat isə yolda olduq. Tiflis, tarixi Azərbaycan şəhəri olduğundan, Bakıya, Şəkiyə oxşayır”, - M.Mirsalamov söyləyib.

Teleparıcı-prodüser onu da qeyd edib ki, dörd nəfər olduqlarından, Tərlan məşhur filmdəki "Dartanyan", Azər "Artos", özü "Bartos", İlkin isə "Aramis" idi. O, hesab edir ki, qızlar İlkini sevdikləri üçün, ona daha çox maraq göstərirdilər.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm