Təranə Qumral Nazənini məhkəməyə verdi – ÖZƏL
Bizi izləyin

Tabloid.az

Təranə Qumral Nazənini məhkəməyə verdi – ÖZƏL

Müğənni Təranə Qumral həmkarı Nazənini şərəf və ləyaqətin təhqir olunması və dəymiş mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə verib.

Təranə Qumralın (İbrahimova Təranə Xeyrulla qızı) hüquqi nümayəndəsi Vüqar Səfərlinin Publika.az-a verdiyi məlumata görə, buna ANS telekanalında yayımlanan “Bazar səhəri” verilişinin 2 noyabr 2014-cü il saylı buraxılışında müğənni Nazəninin və prodüseri Pərvizin Təranə Qumral barədə səsləndirdiyi ifadələr səbəb olub:

“Həmin verilişdə Nazənin Rəhim qızı Salayeva və Pərviz Sakit oğlu Abbasov telefon əlaqəsi yaradaraq, iddiaçıların ünvanına işlətdiyi təhqiramiz ifadələrə görə Xətai Rayon Məhkəməsinə müraciət olunub. Həmçinin Pərviz Abbasovun “Instagram” səhifəsində yerləşdirdiyi “Bədbəxt ailə tablosu: Əri ola-ola başqa kişilərə göz qoyan Təranə” ifadəsinin təkzib olunması iddia ərizəsində öz əksini tapıb. Hesab edirik ki, bu təhqirlər cəmiyyətdə onların barəsində mənfi rəy formalaşdırıb və Təranə xanımın işgüzar nüfuzunu, həmçinin şərəf və ləyaqətini ləkələyib”.

Qeyd edək ki, məhkəmə baxışı dekabrın 1-nə təyin olunub.

Xatırladaq ki, iki sənətçi arasındakı münasibət müğənni Arzu Mələyin paytaxt restoranlarının birində keçirilən ad günündən sonra gərginləşib.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm