Azərbaycanlı müğənnilər düşmənlə üz-üzə - EKSKLÜZİV
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı müğənnilər düşmənlə üz-üzə - EKSKLÜZİV

Günelin Publika.Az-a verdiyi eksklüziv açıqlamaya görə, o, dünən Bərdə rayonunda hərbi hissənin şəxsi heyəti qarşısında qardaşı Tunar Rəhmanoğlu ilə birgə konsert proqramı ilə çıxış edib. Proqramda Günel və Tunarla birgə gənc müğənni Mina da iştirak edib.


Əsgərlərin qarşısına elə əsgər formasında çıxan Günel, repertuarında yer alan ən məşhur mahnılarını səsləndirərək vətənin keşiyində dayanan əsgərlərə unudulmaz anlar bəxş edib.

Dünənki konserti uğurla başa vuran Günel bununla kifayyətlənməyib. Belə ki, onlar bu gün Tərtər rayonunda, düşmənlə az qala üzbəüz dayanıblar. Günelin sözlərinə görə, bu gün baş tutacaq konsertdə onlarla birgə məşhur müğənni Röya Ayxan da çıxış edəcək.

“Hazırda düşmənlə üz-üzəyik. Burada bizim torpaqlarımızın bu günə düşdüyünü görüncə, ürəyim ağrıyır. Görün bizi öz diyarlarımızdan necə didərgin salıblar. İnanın, imkanım olsaydı, əlimə bir silah alıb, çıxardım onların qarşısına. Allah bəlalarını versin. İnşallah ki, torpaqlarımız qayıdacaq. Qurban olum Allaha, bilirəm, bu, olacaq. Amma tez olsun. Ürəyim ağrıyır, Vallah”.

Onu da vurğulayaq ki, Günel və Tunar Azərbaycan Resbublikası Silahlı Qüvvələrinin yaranmasının 94-cü il dönümü ilə əlaqədar Hərbi hissənin şəxsi heyəti qarşısında nümünəvi konsert proqramı ilə çıxış etdikləri üçün hərbi hissəsinin komandiri tərəfindən fəxri diplomla mükafatlandırılıblar.

Röyanın konsertdəki çıxışı ilə bağlı onun prodüseri Kənan Bayramovla əlaqə saxladıq. Kənan məsələ ilə bağlı fərqli açıqlama verdi: “Biz gəlmişik, amma mənə deyiblər ki, Röya tək çıxış edəcək. Günel, Tunar və Minanın çıxışından xəbərimiz yoxdur. Bunu sizdən eşidirəm. Bildiyim qədər onlar dünən Bərdədə çıxış etməli idilər. Bu günki konsertlərindən isə xəbərim yoxdur” - deyən Kənan az keçmədi ki, Tunar və Günellə görüşdü. Hazırda onlar konsertlə bağlı danışıqlar aparırlar.

Onu da əlavə edək ki, şəkillər Azəri Günelin mobil telefonu vasitəsi ilə, Gəncədən gələn fanatı tərəfindən çəkilib.

Türkan
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm