Tünzalə Ağayeva soyadından niyə imina edir?-EKSKLÜZİV
Bizi izləyin

Tabloid.az

Tünzalə Ağayeva soyadından niyə imina edir?-EKSKLÜZİV

Azərbaycanın əməkdar artisti, tanınmış müğənni Tünzalə Ağayeva soyadından imtina edir.

Publika.Az-a açıqlama verən müğənni müraciət edənlərdən ona sadəcə "Tünzalə xanım" deyə müraciət etmələrini istəyir:

"Mən rəsmən olaraq Ağayeva soyadından imtina etmirəm, qətiyyən. Sənədlərim qaydasındadır. Orada elə Tünzalə Ağayeva yazılıb. Bu, mənim nəslimdən qalan soyaddır. Sadəcə, sənət aləmindən bu "Ağayevanı" yığışdırmaq istəyirəm. Mənə özümü "Tünzalə Ağayeva" deyil, "Tünzalə" kimi təqdim etmək xoş gəlir. Bu, fikrimcə, musiqi aləmi üçün daha rahat olar".

Müğənnidən uzun illərdən sonra niyə bu fikrə düşdüyünü soruşduq, əməkdar artist bu sözləri dedi:

"Əslində, bu, mənim çoxdanki istəyimdir. Sadəcə, həyata keçirə bilmirdim. Elə hər zaman nə isə bir iş çıxırdı, alınmırdı. İndi buna ciddi şəkildə qərar vermişəm. Musiqi aləmində sadəcə Tünzalə olmaq, mənə kifayyət edir".

Türkan

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm