Tabloid.az
Fatimə Moskva teatrlarından birində çalışır - Foto
2000-ci ilin əvvəllərində Azərbaycan şou-biznesinin tanınmış mahnı ifaçısı Fatimə Abbasquliyeva qısa bir vaxt ərzində parlasa da, sonradan şou-biznesi tərk edib. Onun səhnəni belə qəfildən, izsiz-soraqsız tərk eməsi bir çoxlarında müəyyən suallar yaratdı.
Artıq 12 ildir ki, Fatimənin harada olması barədə
məlumat yoxdur. Modern.az müəyyən araşdırmalardan sonra Fatimə
Abbasquliyeva barədə məlumatları öyrənə bilib.
F.Abbasquliyeva Moskvada fəaliyyət göstərən “U
nikitskix vorot” teatrında çalışır. 2002-ci ildə Moskvaya köçən
Fatimə Moskvada Rusiyanın məşhur Teatr Sənəti Universitetində
(QİTİS) təhsil alıb. Professor Rozovskinin rəhbərliyi ilə burada
teatr sənətinin incəliyini öyrənən Fatimənin diplom tamaşası yazıçı
Selincerin “Uçurum üzərindəki çovdarlıqda” əsəri əsasında
hazırlanmış tamaşa olub. Hazırda bu teatrda çalışan Fatimə
Abbasquliyevanın repertuarında çoxlu rollar var.
Qeyd edək ki, Bakıda doğulan F.Abbasquliyeva 11-ci
sinifdə oxuyarkən Bakıda keçirilən “Miss Azərbaycan” gözəllik
yarışmasının qalibi olub.
2000-ci ilin əvvəllərində estradaya gələn
Fatimənin “Sehirli yağış” mahnısı populyar idi. Uğurlu ifasına
görə, 2001-ci ildə “Qızıl mikrofon” musiqi mükafatını qazanan
Fatimə bundan başqa daha iki - “İlin müğənnisi” və “İlin debütü”
nominasiyasında qalib gəlib. Fatimənin Özbəkistanın məşhur “Yalla”
qrupunun rəhbəri Fərrux Zakirovla birgə oxuduğu “Odlar Yurdu”
mahnısı dövrünün populyar ifalarından sayılırdı.
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI