İTV-nin işdən çıxarılan aparıcısı etiraf etdi: “Canlı yayımda kofta sürüşdü” - Özəl
Bizi izləyin

Tabloid.az

İTV-nin işdən çıxarılan aparıcısı etiraf etdi: “Canlı yayımda kofta sürüşdü” - Özəl

Gərək belə olmayaydı, amma oldu

İctimai Televiziyada yayımlanan "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanova haqqında gəzən söz-söhbətlərə Publika.az vasitəsi ilə aydınlıq gətirib: “Mən şou adamı deyiləm, bu söhbətə görə də çox utanıram. Gərək belə olmayaydı, amma oldu.

Bu bir təsadüf idi, canlı yayımda, kofta sürüşdü. Yoxsa mən açıq-saçıq geyinən adam deyiləm, təbiətimdə bu yoxdur”.

L. Aslanova İTV-nin qərarı barədə hələ ki, məlumatsız olduğunu bildirdi:

“Mənə İTV rəhbərliyi hələ ki, bir açıqlama verməyib. Onların qərarından asılı olaraq mən də öz qərarımı verəcəyəm. Əgər İTV qərar versə ki, proqram bağlanacaq, qoy belə olsun. Mən öz işimlə məşğulam”.

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə və müxtəlif informasiya saytlarında İctimai Televiziyada yayımlanan "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın efirə çıxdığı geyim forması ilə bağlı müzakirələr gedir.

Əslində isə keçmiş rəhbərliyin zamanından İTV-də aparıcılq edən Leyla xanımla verilişdən sonra yollar ayrılıb və o, artıq İTV-nin əməkdaşı deyil”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm