Məşhur kinossenaristimizin doğum günüdür – FOTO
Bizi izləyin

Tabloid.az

Məşhur kinossenaristimizin doğum günüdür – FOTO

Tanınmış yazıçı-dramaturq İmran Qasımovun doğum günüdür.

Publika.az-ın məlumatına görə, yazıçı 1918-ci il noyabrın 25-də Bakıda ziyalı ailəsində anadan olub.

İ.Qasımov 1934-cü ildə orta məktəbi bitirdikdən sonra əvvəlcə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, sonra Moskvada kinossenaristlər kursunda oxuyub.

Vətənə döndükdən sonra Azərbaycan SSR Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsi sədrinin birinci müavini, “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktoru, 1975-ci ildən ömrünün sonuna kimi (1981) Azərbaycan Yazıçılar İttifaqının birinci katibi vəzifələrində çalışıb. Xalq yazıçısı fəxri adına, Azərbaycan Dövlət mükafatına layiq görülüb, “Lenin”, “Qırmızı əmək bayrağı”, “Şərəf nişanı” ordenləri ilə təltif olunub.

Onun yazıçı Həsən Seyidbəyli ilə birgə qələmə aldığı “Uzaq sahillərdə” romanı dövrünün ən populyar əsərlərindən olub. Yaradıcılığında dəniz mövzusunun xüsusi yeri var. Buna “Xəzər neftçiləri haqqında dastan”, “Dəniz cəsurları sevir” (H.Seyidbəyli ilə birlikdə), “İnsan məskən salır“ , “Arzu”, “Xəzər üzərində şəfəq” və digər əsərlərini misal göstərmək olar.

İmran Qasımovun ssenariləri əsasında bir çox filmlər çəkilib. Həsən Seyidbəyli ilə birgə eyniadlı roman əsasında yazdıqları ssenari üzrə çəkilən “Uzaq sahillərdə” filmi xüsusilə geniş şöhrət qazanıb. Film dünyanın 25 dilinə tərcümə olunub, Asiya və Afrika ölkələrinin festivallarında birinci yer tutub, Kanadada mükafata layiq görülüb.

Ssenaristin müəllifi olduğu “Onun böyük ürəyi”, “İnsan məskən salır“ və s. filmləri bu gün də sevilərək baxılır.

İmran Qasımov 63 il ömür yaşayıb. Yazıçı 1981-ci il aprelin 20-də vəfat edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm